Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

ABŞ-dan İranın xarici işlər nazirinə "İmad Muğniyə" etirazı (Foto)

ABŞ tərəfi İran Xarici İşlər nazirliyinin rəhbərinə etiraz etdi

İslamazeri.az-ın Livan mediasına istinadən verdiyi xəbərə görə, Livana ziyarət zamanı İranın xarici işlər naziri Məhəmməd Zərif 2008-ci ildə İsrailin terroru nəticəsində dünyasını dəyişən "Hizbullah" komandiri İmad Muğniyənin qəbirini ziyarət edib.

Ziyarəti zamanı İmad Muğniyənin qəbrinə gül çələngi qoyan İranlı nazir deyib: "Həzrəti Muhəmmədin (sə.) mübarək mövldu Livan Müqavimətinin xeyirlərinə vəsilə olmasını ümid edirəm".

Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Caitlin Hayden açıqlama verib. O İranın Xarici Diplomatiyasının rəhbərinin bu addımını qınadıqlarını bildirib.

ABŞ İmad Muğniyəni Livanda 256 zabit və əsgərin ölümülə nəticələnən ABŞ Ordusunun Dəniz piyadalarının qərargahını partlatmaqda və Argentinada 90 sionistin ölümüylə nəticələnən Yəhudi Mərkəzinin partladılmasında ittiham edirdi.
1320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP