Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Peyğəmbərdən (s) bizə dəyərini itirməyən miraslar qalıb - ilahiyyatçı

"Allah bu mübarək şəxsi öz elçisi seçərək bizi şərəfləndirdi, bizi indiyədək dünyaya gəlmiş bəndələri arasında ən üstün ümmət qərar verdi. O, başdan-başa mərhəmət, hikmət və ilahi mərifətlə dolu bir dünya yaratmaq üçün gəldi."

Bu fikirləri SalamNews-a Gəncənin “Furqan” İctimai Birliyinin sədri, ilahiyyatçı hacı Vüqar İsgəndərov bildirib.

O deyib ki, bəşəriyyətin səadətə, parlaq nura doğru yol tapması üçün, biz insanlardan ötrü fəzilətli bir toplum yaratmaq üçün nə lazımdırsa etdi. O, filosoflardan fərqli olaraq, insanlara necə yaşamaqdan danışmadı, necə yaşamağı göstərdi. Atalardan daha çox mərhəmətlə bizim üçün yandı. Öz xeyrini bilməyən insan ona küfr etdi, daş atdı, silah çəkdi, incitdi. O isə Allahla hər rabitəsində həmin insanı dua etdi, bağışlanmaq dilədi. Bu gün insanlarda o həzrətdən çox yadigarlar qalıb, lakin fikrimcə, insanlar onun məhz insanlıq sevgisinə, başqaları ilə hər şeyini paylaşmasına, yetimlərlə mehriban rəftarına, rəhbər kimi ədalətlə davranmasına, səbr, dözümlülük göstərməsinə ehtiyaclıyıq. Ondan bizə köhnəlməyən, dəbdən düşməyən, dəyərini itirməyən miraslar qalıb. Gəlin buna sahib çıxaq. Bu bayram günündə Allahdan istəyim budur ki, öz peyğəmbərini tanımaq (mərifət) nemətini bizdən əsirgəməsin.

Sevimli peyğəmbərimiz həzrəti Muhəmmədin (s) mübarək doğum günü münasibətilə xalqımızı təbrik edirəm."
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 20:06