Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Azərbaycanda tələbə intihar edib

Azərbaycan Texniki Universitetin tələbəsi intihar edib.

Nərimanov Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə bu gün Ziya Bünyadov prospekti, ev-5-in qarşısında qeydə alınıb.

1995-ci il təvəllüdlü Etibar Nazim oğlu İmamzadə özünü ağacdan asaraq intihar edib.

Polisdən, həmçinin bildiriblər ki, E. İmamzadə Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsidir.

Hazırda intiharın səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, E. İmamzadə facebook sosial şəbəkəsində yanvarın 14 də “Sabah ya da birisi gün bəlkə getdim “facebook”dan. Özü də həmişəlik” statusunu yazıb.
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber