Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Baş nazir gündəmlə bağlı sərt açıqlamalar verdi

Ankara Bələdiyyəsi tərəfindən təşkil olunan kütləvi açılış mərasimində çıxış edən Erdoğan: "Mən baş nazir kimi yalnız açılış mərasimlərinə qatılıram. Keçmişdə yalnız təməlləri atıblar və elə də qoyub gediblər. Bu gün açılışını edəcəyimiz "əsərlərlə” Ankaraya hər sahədə əhəmiyyətli investisiyalar qazandırırıq” – deyib.

Baş nazir Ərdoğan son günlərdə çox danışılan 17 dekabr əməliyyatının "korrupsiya adı altında hökumətə qarşı fəaliyyət" olduğunu bildirərək: "Korrupsiya böhtanı ilə milli iradəyə qurduqları tələni gizlətmək istədilər. 17 dekabr əməliyyatı milli olan nə varsa, ona qarşı olan bir əməliyyatdır. Milli bankımız "Halkbank”ı hədəf seçdilər. Biz hakimiyyətə gələndə bankın gəliri 1 milyard dollardan aşağı idi, indi 25 milyard dollardır. Bunu gözləri götürmədi” – dedi.

Ədliyyə ilə iqditar arasındakı münaqişə haqda da danışan baş nazir, ədliyyənin millətin seçdiyi iqtidara yön verə bilməyəcəyini, ədliyyənin azadlığından çox tərəfsiz olmağının əsas olduğunu, səlahiyyətdən istifadə etməyin adının "diktatorluq” olduğunu vurğulayıb.
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10