Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

“20 Yanvar şəhidlərinin xatirəsi İran xalqı üçün əzizdir“

"20 Yanvar faciəsinin qurbanları bizim qardaş və bacılarımız olub və onların xatirəsi İran xalqı üçün əzizdir".

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Hafta.az-a deyib.

M.Pakayin bildirib ki, 20 Yanvar faciəsi həmişə Ümumxalq Hüzn Günü kimi qeyd olunacaq: "İran xalqı həmişə Azərbaycan xalqının yanında olub, onun sevinci və kədərini bölüşüb".

O, əlavə edib ki, İran həmişə günahsız insanların qətliamının və dinc sakinlərə qarşı hücumların əleyhinə olub və onu pisləyib.

Səfir Azərbaycan xalqının həmişə sülh və əmin-amanlıq şəraitində yaşamasını arzu edib.
1589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber