Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

İntihar edən qazi Zaur Həsənovun işində yeni gəlişmə

Səfər Əbiyevin yaxınlarına məxsus “Edis Qroup”la mərhum qazi arasında müqavilə üzə çıxdı

Bir qədər əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Qarabağ qazisi Zaur Həsənov olayı ilə bağlı xəbər yaydı. Həmin xəbərdə “Edis Qroup” adlı şirkətin mübahisə obyekti olan torpaq sahəsi ilə bağlı 2011-ci ilin avqust ayında Ali Məhkəməyə müraciət etdiyi qeyd olunurdu. Həmin müraciətdən təxmin etmək olurdu ki, Bibiheybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olub. Həmin şirkətin sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxslərə məxsus olduğu da üzə çıxmışdı. Araşdırmalar zamanı öyrənə bilmişdik ki, hadisə baş verən gün Z.Həsənovu AHİK binası qarşısına gətirən də şirkətin nümayəndələri olub. İddialara görə, Qarabağ qazisini Həmkarlar İttifaqları Konfederasiyası binasının qarşısına Səfər Əbiyevə yaxın adamların cip maşınında gətiriblər. 
Bu mövzu ilə bağlı daha iki mötəbər sənəd əldə etmişik. Redaksiyaya daxil olan həmin iki sənəddə (bir müqavilə və əmr) məsələnin mahiyyəti aydın görünür. 8 aprel 2008-ci ildə bağlanan müqavilədə deyilir: 
“Bağlanır bir tərəfdən “EDES QROUP” MMC Məmmədov Samir Arif oğlu 
Digər tərəfdən fərdi şəxs Həsənov Zaur Həsən oğlu arasında ondan ötəri ki, Həsənov Z.H adına verilmiş Bibiheyət bələdiyyəsinin 25 saylı sərəncamına əsasən 70 m2 torpaq sahəsinin qabaqcadan pul almaq şərti ilə “EDES QROUP” MMC-yə 5 illik icarəyə verilir, Şirkət 5 (beş) il müddətinə öz işçiləri üçün “Ailəvi istirahət və iaşə” mərkəzi yaradır, bu mərkəzə rəhbərlik Həsənov Z.H oğluna tapşırılır.
“EDES QROUP" MMC –nin Fərdi şəxsi
 Məmmədov S.A”
***
1 həftə sonra imzalanan əmrdə isə deyilir: 
“Bakı şəhəri, Səbail rayonunda yerləşən “EDIS QROUP” MMC-nin işçisi Həsənov Zaur Həsən oğlunun 15 aprel 2008-ci ildə müraciəti araşdırılaraq onun adına olan Bibiheybət qəsəbəsi bələdiyyəsinin № 25 08 aprel 2005-ci il tarixli sərəncamı ilə verilən 70 m2 torpaq sahəsindən daha səmərəli istifadə üçün
Əmr edirəm :
1. “EDIS QROUP” MMC-ilə Həsənov Zaur Həsən oğlu arasında, sonradan
“EDIS QROUP” MMC-nin şəxsi mülkiyyətinə keçməsi şərti ilə fərdi qaydada 5 (beş)illik müqavilə bağlansın.
2 Bibiheybət qəsəbəsində yerləşən Həsənov Zaur Həsən oğlunun adına verilmiş 08 aprel 2008-ci il tarixli (Bibiheybət bələdiyyəsinin sərəncam № 25) 70 m2 ərazidə şirkətin işçiləri üçün istirahət və iaşə mərkəzi tikilsin.
Bu tikinti üçün “EDİS QROUP” MMC-nin maliyyə vəsaitlərinə mütəmadi olaraq vəsait ayrılsın.
Müqavilə əsasında “Ailəvi istirahət və iaşə mərkəzi” “EDİS QROUP” MMC-nin balansına daxil edilsin.
İstirahət mərkəzinin rəhbər vəzifəsində Həsənov Z.H. təyin olunsun.
Prezident: Məmmədov S.A.”/musavat/

İntihar edən qazi Zaur Həsənovun işində yeni gəlişmə
İntihar edən qazi Zaur Həsənovun işində yeni gəlişmə
1788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:29