Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Türkiyədə AKP-li 6 dövlət məmuru həbs olundu

Dünya Türkiyədə başda Radio Televiziya Ali Şurasının (RTÜK - Radio Televizyon Üst Kurulu) sədri Davud Dursun və qurumun sabiq sədri Zahid Akman olmaqla 6 nəfərin mühakimə olunduğu məhkəmədə hakim qərarını verib. Ans yerli mətbuata istinadən xəbər verir ki, “vəzifədən sui-istifadə” və “rəsmi sənəddə saxtakarlıq” iddiaları ilə qaldırılan ittihamda şəxslər barəsində 1 il 3 ay həbs qərarı verilib, daha sonra bu qərar 1 il 15 günə endirilib.

Məlumata görə, həbs olunanlar RTÜK sədri Davud Dursun, qurumun üzvü Taha Yücel, RTÜK-ün sabiq sədri Zahid Akman, qurumun keçmiş üzvləri Abdulvahab Darendeli, Şaban Sevinc, Paşa Yaşardır. Məhkəmənin sədri həbslərin təxirə salınması barədə vəsatəti qəbul etməyib.

RTÜK-ün Milliyyətçi Hərəkat Partiyasından olna üzvü AKP (Hakim Ədalət və İnkişaf Partiyası) kvotasından seçilən üzvlərin cəzalandırılmasına etirazını bildirib.
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı