Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

2013-cü ildə Azərbaycanda 81 hərbçi ölüb

1994-cü ilin mayından Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3700 nəfərdən artıqdır

2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 81 nəfər təşkil edib. 99 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 11-i döyüş (11 nəfər erməni gülləsi), 70-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi litseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli yanvarın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 3 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanuna zidd) hərəkətlərindən, 14 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 61-i Müdafiə Nazirliyinin, 6-sı Dövlət Sərhəd Xidmətinin, 10-u Daxili Qoşunların, 1-i Xüsusi Dövlət Mühafizə Idarəsinin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-si

Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (99 nəfər) onların 18-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 6-sı mülki şəxslərlə davadan, 10-u erməni gülləsindən, 3 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən, 49-u isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 70 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 8 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Azərbaycanda apardığı monitorinqin nəticələrinə görə, 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələri azı 728 hərbi qulluqçusunu itirib. Onun 186 nəfəri döyüş (158 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 542 nəfəri isə qeyri-döyüş (8 nəfər əməliyyat tədbirləri, 106 nəfər intihar, 100 nəfər qəza, 135 nəfər qeyri-nizamnamə hərəkətləri, 88 nəfər bədbəxt hadisələr, 33 nəfər müəmmalı və naməlum hadisələr, 71 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2013-cü illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 670 nəfərdən çoxdur.

2003-2013-cü illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin təxminən 647 nəfəri Müdafiə Nazirliyinin , 37 nəfəri Dövlət Sərhəd Xidmətinin, 30 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 5 nəfəri Milli Təhlükəsizlik Nazirliyinin, 3 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfəri Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır, 2-si isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralanan və ya xəsarət alan hərbi qulluqçuların təxminən 592 nəfəri Müdafiə Nazirliyinin, 35 nəfər Dövlət Sərhəd Xidmətinin, 29 nəfəri Daxili Qoşunların, 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin, 3 nəfəri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfər Hərbi Prokurorluğun, 3 nəfərsə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin mayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3700 nəfərdən artıqdır.
1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43
Ət, s