Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Allah-Taala vəhdət üçün lazım olan bəsirətimizi açsın

Hacı Füzuli Şəfiyev: "Təsadüfi deyil ki, Onun (s) doğum günü həm də vəhdət günü kimi qeyd olunur"

Bu həftə mövlud həftəsidir. Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Muhəmmədin (s) mövlud günlərini yaşayırıq. Bu mübarək mövlud münasibətilə Sumqayıtda yaşayan ilahiyyatçı Hacı Füzuli Şəfiyev "Deyerler.org" vasitəsilə xalqımızı və dünya müsəlmanlarını təbrik edir. Hacı Füzuli Şəfiyev bunları deyib:
"Bismilləhir rahmanir rahim. Əziz İslam Peyğəmbərinin (s) mövludu münasibətilə bütün müsəlmanları, xüsusilə Azərbaycan xalqını təbrik edirəm. dünyaya gəlişi aləmlərə bərəkət olan Peyğəmbərimizin (s) doğum günü də bəşəriyyətə bərəkət mənbəyidir. Təsadüfi deyil ki, Onun (s) doğum günü həm də vəhdət günü kimi qeyd olunur. Hal-hazırda müsəlman torpaqlarında müharibə və münaqişələrin vüsət aldığı bir zamanda belə bir vəhdətə hər zaman olduğundan da çox ehtiyac var. Allah öz əziz Peyğəmbəri (s) və onun Əzizləri (ə) xatirinə bizlərə vahid ümmət olmaq tofiqatını nəsib etsin. Allah Taala vəhdət üçün lazım olan bəsirətimizi açsın. Sumqayıtda hər il olduğu kimi bu ildə mövlud həftəsində bayram tədbirləri təşkil olunmaqdadır. Allah Taala bu bayramların keçirilməsində zəhməti olan bütün vətəndaşlarımızı, o cümlədən sizləri də Qiyamət günü həqiqi bayram edənlərdən, sevinənlərdən qərar versin".
1804 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber