Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Bakıda universitetin eyvanı uçub, ölən və yaralı var

Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib.

Yasamal Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.

Nəticədə orada tikinti işləri aparan "AZİNFORT MMC" şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21