Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

Yananlar arasında azərbaycanlı da var

Rusiyadakı qəzada diri-diri yananlar arasında azərbaycanlı da var

Rusiyanın Samara vilayətində dəhşətli yol qəzası baş verib. Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Toyota” markalı mikroavtobus qarşı hərəkət zolağına çıxıb və yük maşını ilə toqquşub. İlkin məlumata görə, mikroavtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib.

Toqquşmadan sonra “Toyota” alışıb. Həmin vaxt mikroavtobusda 14 sərnişin olub. Onlardan yalnız biri və sürücü sağ qalıb. Özbəkistan, Azərbaycan və Qazaxıstandan olan digər sərnişinlər diri-diri yanıblar. Sərnişinlərdən neçəsnin azərbaycanlı olduğu hələlik məlum deyil. Mənbələrdən biri isə mikroavtobusda 11 Özbəkistan, 2 Qazaxıstan və 1 Azərbaycan vətəndaşının olduğunu yazır. Amma bu məlumatın rəsmi təsdiqi yoxdur.
1663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP