Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Ramzan Kadırov: “Doku Umarov öldürülüb”

Çeçenistan prezidenti Ramzan Kadırov çeçen silahlılarının lideri Doku Umrovun öldürülməsi ilə bağlı təkzibedilməz faktların olduğunu bildirib.

Kadirov Doku Umarovun cəsədinin tapılmadığını, ancaq artıq öldüyünü vurğulayıb.

Kadırovun sözlərinə görə, Kabardin-Balkar və Dağıstan “əmirlərinin” bununla bağlı telefon söhbəti var:

“Onlar Doku Umarovun ölümü ilə bağlı silahlılara yeni liderin təyin edilməsindən danışıblar. Kabardin əmiri bu rola öz adamını təklif edib. Ancaq onun həmsöhbəti Çeçenistandan olan Vadalov soyadlı şəxsin namizədliyini irəli sürüb”.

Kadırov Doku Umarovun xüsusi əməliyyat zamanı öldürüldüyünü bildirib. Ancaq bundan əvvəl də Kadırov onun öldürüldüyünü və cəsədin axtarıldığını bildirsə də, indiyə qədər cəsəd tapılmayıb
1479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP