Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Diqqət! Geyimlərdə zəhərli maddələr aşkar olunub

"Kim yaxşı pul ödəyirsə, keyfiyyətli bir məhsul əldə edir" deyimi heç də həmişə doğru çıxmır. Məşhur markaların məhsullarında da plastikləşdiricilər və xərçəng yaradan kimyəvi maddələr aşkar olunub.

İngiltərədəki "Greenpeace" – Ətraf Mühitin Mühafizəsi Agentliyi laboratoriyaları "Adidas”, "Burberry” və ya "Primark” kimi 12 müxtəlif beynəlxalq moda şirkətlərinin uşaqlar üçün ixrac etdiyi 82 ədəd ayaqqabı və geyim üzərində test aparmış və bu markalarda da nonilfenol etoksilləri və poliflüor kimyəvi maddələri (PFK) aşkar edilmişdir. Bu maddələrin xərçəngyaradıcı təsirə malik olması çox təhlükəlidir, bundan başqa, bu kimyəvilər olduqca davamlıdır, mühitdə və uşağın bədənində uzun müddət qala bilir. Geyimlərdəki bəzi kimyasalların immun sisteminə və doğurqanlığa zərər verəcək qədər güclü olduğu təsbit edilən araşdırmada, 82 məhsulun 50-də hormonlara təsir edən kimyəvi məhsullar aşkarlanıb.
Bahalı və ya ucuz olsun, fərqi yoxdur, zərərli maddələr bir çox geyim məhsullarında rast gəlinir. "Bahalı paltar ucuz paltardan təmiz deyil" – bunu Greenpeace-in kimya eksperti Manfred Santen bildirib. "Bu zərərlilər uşaq paltarlarında olduğu kimi, böyüklər üçün olan geyimlərdə də eyni qədərdir. Yalnız kimyəvi maddələr uşaqların bədəninə daha çox zərər verir" – Manfred Santen açıqlayır.
Misal olaraq, nisbətən ucuz olan bir uşaq geyimində 10 % olan maddə, nisbətən bahalı məhsulda 0,6 % aşkar edilmişdir. Keyfiyyətli uşaq oyuncaqları üçün, əlbəttə ki, bu dəyərlər qadağan olunmuş hesab olunur. Amma bu qayda ciddi şəkildə uşaq geyimlərinə tətbiq edilməyib.
"Greenpeace" hesab edir ki, kim təhlükəsiz olaraq çirklənməmiş geyim almaq istəyirsə, Təbii Tekstil Sənayesi Beynəlxalq Assosiasiyasınin (IVN) və ya Global Ekoloji Tekstil Standartı (GOTS) tərəfindən vurulan möhürə diqqət yetirməlidir./starxeber/
1712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı