Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Quranı yandıran Tver sakini məhkəmədə təqsirli olduğunu etiraf edib

A.Sokolovun törətdiyi cinayət Rusiya CM-nin 213-cü maddəsinin 2-ci hissəsi ilə cəzalanır

Quranı yandırmaqda şübhəli şəxs kimi saxlanılan Tver vilayətinin sakini məhkəmə iclası zamanı törətdiyini boynuna alıb.

İnterAz-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı məhkəmə iclası Moskva şəhəri Çeremuşkinskiy rayon məhkəməsində keçirilib.

İyirmi üç yaşlı Aleksandr Sokolov deyib: "Mən elədiyimdən peşmanam. Mən pis insanlara qoşuldum. Müstəntiqin məni həbs etmək tələbi ilə razılaşıram. Qoy müstəntiqlər məsələni araşdırsınlar. Orada bir çox iştirakçı var idi. Mənu tutdular, qalanları indi də haradasa gəzirlər. İkisi şahid kimi keçir, baxmayaraq ki, məndən də fəal şəkildə həmin əməldə iştirak edirdilər.”

A.Sokolovun törətdiyi cinayət Rusiya CM-nin 213-cü maddəsinin 2-ci hissəsi ilə cəzalanır. “Bir qrup şəxsin törətdiyi xuliqanlıq” maddəsi ilə 7 ilə qədər müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. O, əvvəllər də məhkum edilib – oğurluq və qarətə görə o həbsxanalarda iki ildən çox vaxt keçirib.

Bu arada hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib ki, cinayətin digər iştirakçıları da müəyyənləşdirilib.

Xatırladaq ki, yanvarın əvvəlində İnternetdə peydə olmuş videoyazıdan görünür ki, naməlum gənclər Quranı yandırır və bu əməlini nalayiq söyüşlərlə müşayiət edirlər, sonra isə metroya enərək zahirən qeyri-slavyan olan bir sərnişindən Allahdan üz döndərməsini tələb edirlər.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı