Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Ərdoğanın oğlunun həbsi barəsində açıqlama verildi

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ "rüşvət əməliyyatı" çərçivəsində Baş nazir Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan barəsində həbs qərarı çıxarılmadığını açıqlayıb.

"Axar.az" "Hürriyyət"ə istinadən xəbər verir ki, nazir Bozdağ mətbuatda Bilal Ərdoğan barəsində həbs qərarının yayılmasının reallığı əks etdirmədiyini və onun Türkiyədən qaçması, gizlənməsi haqqında xəbərlərin böhtan olduğunu deyib.

Nazir daha sonra bildirib ki, bunların hamısı Baş naziri və hakimiyyəti çökdürmək üçün ortaya atılan böhtan xarakterli xəbərlərdir.
1623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45
HƏQİQƏT AXTARANLAR