Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

ABŞ-da yenə silahlı insident

BŞ-da bayram tədbirində gülləbaran: yaralılar var

ABŞ-ın Oklahoma ştatındakı Talsa şəhərində Laos təqvimi ilə yeni ilin bayram edilməsi faciə ilə nəticələnib. Musavat.com-un Associated Press-ə istinadən verdiyi məlumata görə, naməlum şəxslər mərasim iştirakçılarını gülləbaran ediblər.

Bayram tədbirini xmonq icmasının nümayəndələri təşkil ediblər. Mərasimdə 500-ə yaxın adam iştirak edib.

Cinayətkarlar kortəbii şəkildə atəş açmağa başlayıblar. İnsident nəticəsində 5 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır, daha birinin isə ayağı kəsilməlidir.

İnsidentdən sonra polis helikopteri bayram tədbirinin keçirildiyi yerdən sürətlə uzaqlaşan avtomobili aşkarlayıb və maşın saxlanılıb. Avtomobildə xmonq millətindən olan iki nəfər olub. Onlardan tüfəng götürülüb.

Xmonqlar Asiya xalqıdır. Onlar Çinin cənubunda, Vyetnam, Laos və Tailandın şimalında yaşayırlar. ABŞ-da 220 minə yaxın xmonq yaşayır.
1717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02