Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

“Galaxy Tab3 Lite” planşeti təqdim edildi

Qurğu 1024x600 təsvir ölçülü 7 düymlük "WSVGA" ekranı, ikinüvəli prosessor, 2 meqapiksellik əsas kamera, 1 gb əməli yaddaş və 8 gb daxili yaddaşla təchiz edilib

Cənubi Koreyanın "Samsung" şirkəti rəsmən "Galaxy Tab3 Lite" planşetini təqdim edib.

Qurğu 1024x600 təsvir ölçülü 7 düymlük "WSVGA" ekranı, ikinüvəli prosessor, 2 meqapiksellik əsas kamera, 1 gb əməli yaddaş və 8 gb daxili yaddaşla təchiz edilib.

Akkumulyator batareyasının həcmi 3,6 min milliamper/saat təşkil edir. İddia edilir ki, akkumulyatorun şarjı 8 saat video izlənilməsinə çatacaq.

"Galaxy Tab3 Lite" planşeti "Android 4.2" əməliyyat sistemi ilə işləyir./ICTnews/
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber