Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

İlham Əliyevin “siyasi məhbus” yalanına reaksiya

Rəsul Cəfərov: «Azərbaycanda siyasi məhbus var və bu çox ciddi problemdir»

“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansının rəhbəri Elşən Həsənov isə “Turan”a açıqlamasında qeyd edib ki,  təkcə 2013-cü ildə Azərbaycanda siyasi motivlərlə 33 jurnalist, bloger, gənc fəal və müxalifət partiyaların üzvləri həbs olunub.

Alyansın məlumatına görə, siyasi məhbusların ümumi sayı 140 nəfərdən çoxdur. Əgər 2012-ci ilin oktyabrında Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı həbs olunmuş “hicab məhbusları”nı da bura əlavə etsək, siyasi məhbusların sayı 164 nəfərə çatır, E.Həsənov qeyd edib.
Onun sözlərinə görə, siyasi motivlərlə həbslərə səbəb adamların korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığından narazlığından hakimiyyətin qorxmasıdır.
“Əgər hakimiyyət siyasi məhbusları azad etməsə, biz beynəlxalq birliyi Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağıracağıq”, - E.Həsənov bildirib.

1574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi