Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Vərəm daşıyıcısı olan insanlar orduya göndərilir

Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin mətbuat xidməti gənc çağırışçıların yenidən yoxlanacağı haqda məlumat yaydı. Məlumatı şərh edən bəzi ekspertlər bunu Müdafiə Nazirliyin Səfərbərlik Xidmətinə olan inamsızlığında görürdü. Son yoxlamalar bu inamsızlığın nahaq olmadığını aşkar etdi. Belə ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar: “Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.

Göstərilən faktlarla bağlı Deyerler.Org-a açıqlama verən hərbi-ekspert Üzeyir Cəfərli bildirib ki, ortada açıq cinayət faktı var: “Hesab edirəm ki, bu çox dəhşətli bir faktdır. Müdafiə Nazirliyinin təkrar müayinə haqqındakı yeni qərarı gecikmiş bir addımdır. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Xidmətin yoxlamasından sonra sağlam olaraq qəbul olunan 17 nəfərdə vərəm çöpləri aşkar olunub. Bu təkcə Müdafiə Nazirliyində 15 gün ərzində aşkar olunan məsələdir.

Azərbaycanda güc nazirlikləri tək Müdafiə Nazirliyi ilə bitmir. Ölkədə Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirlyi, Daxili Qoşunlar və s. güc nazirlikləri də var. 17 nəfər vərəm çöpünün daşıyıcısı yüzlərlə əsgəri yoluxdura biləcək potensiala malikdir. Burada Arzu Rəhimovun təxribatı açıq-aşkar görünür. Ölkənin güc strukturunda olan bir generalın tabeliyində olan şəxslərə olan nəzarəti nə dərəcədədir ki, onlar bu cür cinayətə yol verirlər?

Ortada açıq cinayət faktı var. Bizdə məlumat var ki, Müdafiə Nazirliyindən geri qaytarılan şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Xidmətə çağırılaraq, başqa qoşun növlərinə cəlb olunur. Bu hallar əvvələr da olmuşdu. Bu qurum sadəcə planı doldurmaq xatirinə bu cür insanları başqa xidmət növlərinə yola salınır.

Müdafiə Nazirliyi həmin siyahını dərhal Hərbi Prokurorluğa yollamalıdır. Hərbi Prokurorluq da bu cür hərbi xidmətə yararsız şəxslərin sağlam olması barəsində sənədə imza atan hər şəxsi məsuliyyətə cəlb etməldir.

Keçən il 84 nəfər əsgər dünyasını dəyişdi. Elə çağrışçılar var ki, hərbi xidmətə getdikdən 10 gün sonra ürək çatışmamazlığından və digər səbəblərdən dünyasını dəyişib”.
1584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP