Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

MAQATE müfəttişləri yanvarın 18-də İrana səfər edəcək

İranla “altılıq” ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq MAQATE müfəttişləri yanvarın 18-də Tehrana səfər edəcək.

Apa-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın atom enerjisi təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi bəyan edib.

“Səfər çərçivəsində birgə fəaliyyət planının birinci mərhələsinin həyata keçirilməsi üçün zəruri tədbirlər görüləcək”, - deyə B.Kamalvandi bildirib.

Gözlənildiyi kimi, MAQATE müfəttişləri Fordo və Netenzedəki nüvə obyektlərinə baş çəkəcəklər.
1580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03
06 dekabr gözl