Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Beynəlxalq Valyuta Fondunun nümayəndəsi həlak olub

Kabildə törədilən terror aktında Beynəlxalq Valyuta Fondunun nümayəndəsi həlak olub

Yanvarın 17-də Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktında Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi həlak olub.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, 60 yaşlı livan əsilli Böyük Britaniya vətəndaşı Vabel Abdalla 2008-ci ildən etibarən Kabildə Beynəlxalq Valyuta Fondunun nümayəndəliyinə rəhbərlik edib.

“Bu çox faciəvi xəbərdir. Biz hamımız sarsılmışıq”, - deyə BVF-nin icraçı direktoru Kristin Laqard bildirib.

Son məlumatlara əsasən, cümə günü Kabildə törədilən terror aktı nəticəsində 14 nəfər ölüb.

Partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Baş verən partlayışın məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb./apa/
1659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi