Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Qatar bələdçiləri aclıq aksiyasına başlayıb

Bakı-Horadiz qatarının nasazlığına etiraz edən mütəxəssis polis tərəfindən saxlanılıb

Bakı-Böyük kəsik qatarının bələdçiləri aclıq aksiyasına başlayır. Bu barədə “Azadlıq”a həmin qatarın bələdçisi Cavanşir Qafarov məlumat verib. Onun sözlərinə görə, aksiyaya səbəb əmək haqlarının verilməməsi, eyni zamanda bələdçilərin fəaliyyəti üçün normal şərait yaradılmaması ilə bağlıdır. Cavanşir Qafarov bildirib ki, bələdçilərdən artıq 3-ü aclığa başlayıb.
Lakin onları dərhal polis şöbəsinə aparıblar. “Onlardan ifadə alıb buraxıblar. Bələdçiləri məcbur ediblər ki, aksiyanın təşkilatçısının kim olduğunu desinlər. Lakin bütün təzyiqlərə baxmayaraq biz hüquqlarımızın müdafiəsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Əmək haqqı problemi və digər problemlər qısa vaxtda həllini tapmasa kütləvi aclığa başlayacağıq. Bu barədə əvvəlcədən mətbuata məlumat verəcəyik”, - deyə Cavanşir Qafarov bildirib.
Qatar bələdçisi əlavə edib ki, dünən Bakı-Horadiz qatarının işçilərindən birini polis saxlayıb: “Bu şəxs mütəxəssisdir. Onun saxzlanılmasının səbəbi qatarın nasazlığına etiraz etməsilə bağlı olub. O, bildirib ki, sərnişinlərin təhlükəsizliyi baxımından bu qatarla hərəkət etmək olmaz. Lakin onu saxlayıblar. Əldə etdiyimiz məlumata görə, artıq Bakıya aparıblar”.
1517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.