Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Sionist Netanyahudan türk qəzetçilərə çirkin davranış

İsraildə dünən gecə baş nazir Netanyahunun xarici jurnalistlərə verdiyi ənənəvi illik dəvətə qatılan türk jurnalistlərə qarşı misli görünməmiş çirkin davranış göstərilib.
İsraildə dünən gecə baş nazir Netanyahunun xarici jurnalistlərə verdiyi ənənəvi illik dəvətə qatılan türk jurnalistlərə qarşı misli görünməmiş çirkin davranış göstərilib.
Bugun.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,İsrailin daxili kəşfiyyat təşkilatı “Şabat”ın əməkdaşları qəbula girişdə üst araması bəhanəsiylə Anadolu Agentliyinin Qüds təmsilçisi Taner Aydın və foto müxbir Salih Zeki Faziloğlundan üst paltarlarını çıxarmasını istəyiblər.
Türk jurnalistlərin nə üçün bütün jurnalistlərin üstünün eyni üsulla axtarılmadığını soruşduqda aldıqları cavab baş verənin bir təsadüf deyil, əvvəlcədən planlaşdırılmış cılız bir qisas əməliyyatı olduğuna şübhə yeri qoymayıb: “Türk pasportu daşıyan şəxslər İsrail üçün potensial yüksək təhdit mənbəyidir”.
Əhvalatın sonrakı inkişafı da bu qənaətin doğruluğunu bir daha təsdiq edib. Belə ki, iki türk jurnalist birinci baryerdə 30 dəqiqə gözlədildikdən sonra, qəbulun keçirildiyi salona doğru hərəkətə edərkən, bu dəfə salonun girişindəki X-Ray arama cihazından keçirilmək üçün saxlanılıblar. Burada AA müxbiri Faziloğlundan üstünün aranması üçün ŞALVARINI CIXARMASI TƏLƏB OLUNUB.
Türk jurnalistlər bu cür aşkar təhqiramiz münasibətə etiraz edərək qəbulu tərk ediblər.
Türkiyə mətbuatının yazdığına görə, El Cezire telekanalının kameramanı X-Ray cihazından keçərkən şalvarını çıxarmağa razı olub.
“Etiraz məktubu göndərəcəyik”
AA İdarə Heyəti sədri və Baş Direktoru Kemal Öztürk hadisədən sonra verdiyi açıqlamada olayı şiddətlə qınadığını deyib. Açıqlamada, həmçinin, bu olayın İsraildə türk jurnalistlərə qarşı pis münasibətin yeganə təzahürü olmadığı, daha əvvəllər də buna bənzər hadisələrin tez-tez təkrar olunduğu, lakin belə ifrat çirkinliyə çatmadığı vurğulanır.
Kamal Öztürk Netanyahuya etiraz məktubu göndərəcəyini, hadisə barədə beynəlxalq təşkilatları da məlumatlandıracağını deyib.
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber