Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Ukraynada vəziyyət yenidən gərginləşib

Müxalifət xalqı səfərbərliyə çağırır

Ukrayna müxalifəti bazar günü - yanvarın 19-da Kiyevdə növbəti xalq yığıncağının (narodnoye veçe) keçiriləcəyini elan edib. Bunu “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı ) Partiyasının lideri Vitali Kliçko Kiyevin Müstəqillik Meydanında davam edən mitinqdə bildirib. O, əhalini meydana səsləyərək deyib ki, yanvarın 16-da Ali Radada faktiki olaraq insanlar öz hüquq və azadlıqlarından məhrum edilib və qanundankənar vəziyyətə salınıb: “Hakimiyyət xalqın qorxmadığını görməlidir. Tələblər dəyişməyib ” növbədənkənar prezident və parlament seçkiləri".
“Svoboda” Partiyasının lideri Oleq Tyqnibok isə Ali Radada baş verənləri tipik Kreml ssenarisi adlandırıb. Onun sözlərinə görə, Ukraynada dövlət çevrilişi baş verib. “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk qeyd edib ki, prezident Viktor Yanukoviç Ukrayna xalqının azadlığını Vladimir Putinə 15 milyard dollara satıb.
“Üçüncü Respublika” hərəkatının lideri, sabiq daxili işlər naziri Yuri Lusenko isə milyonlarla şəxsin qatılacağı “Maydan Xalq Cəbhəsi” adlı müqavimət hərəkatının yaradılması və “hakim banda”ya qarşı hücumlara başlamaq təşəbbüsünü irəli sürüb. O, hesab edir ki, müxalifət liderləri qarşıdakı prezident seçkilərinə yönəlmiş seçki təbliğatına son qoymalı və xalqı, əgər ehtiyac olarsa diz üstə çöküb yalvararaq, yanvarın 22-də ölkədə qeyd olunan Birlik Günü (Den Sobornosti) bayramı zamanı səfərbər olaraq “hakim banda”ya hücuma keçməyə çağırmalıdır: “Təyin olunan vaxtda bütün ukraynalılar avtomobillərlə, avtobuslarla, yük maşınları ilə, traktorlarla paytaxta gəlib azad Ukrayna uğrunda döyüşə atılmalıdır. Itirəcək bir şey qalmayıb. Bizim sələflərimiz daha pis şəraitdə mübarizə aparıblar. Biz milyonlarlayıq və bir ovuc oğrudan güclüyük”. ÿ
Qeyd edək ki, yanvarın 16-da Ukrayna parlamenti deputat toxunulmazlığının ləğvi prosedurunun sadələşdirilməsi, müxalifətçilərin avtomobil karvanları təşkil edərək prezidentin və hökumət nümayəndələrinin paytaxt ətrafındakı iqamətgahlarının qarşısında etiraz aksiyası təşkil etmələrinin əngəllənməsi, məhkəmə prosesinə gəlməkdən imtina edən məhbuslara (məsələn, Yuliya Timoşenko) qiyabi hökm çıxarılması, internet mediası da daxil olmaqla, KIV-də yayılan böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan qanun dəyişikliklərini qəbul edib. Dəyişikliklər iqtidar və müxalifət deputatlarının qarşıdurması, elektron səsvermə aparatından istifadənin və lehinə-əleyhinə səs verənlərin dəqiq sayılmasının mümkün olmadığı şəraitdə əl qaldıraraq qəbul olunub. Hətta RP-nin deputatlarının bir çoxu nəyə səs verdiklərini bilmədiklərini etiraf ediblər. Qanun dəyişiklikləri ABŞ və Avropa Birliyinin sərt etirazına səbəb olub./apa/
1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12