Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Azərbaycan vətəndaşının şəhid ola biləcəyi yer Qarabağdır

“Azərbaycan insanının bu gün Suriyada müharibədə hər hansı formada iştirakı yolverilməzdir”.
Bunu APA-ya açıqlamasında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu söyləyib.

DEVAMM rəhbəri deyib ki, Azərbaycan vətəndaşının şəhid ola biləcəyi yer Qarabağdır: “İnşallah, Allah qismət edər, canımızı Qarabağda fəda etmək imkanımız olar. O, Suriyada döyüşdə həyatını itirənlərin şəhid sayılmadığını da bildirib. Bu gün Suriyada baş verən böyük geopolitik oyunda hansısa tərəfdə olub, hansısa proseslərdə iştirak etməyin ülvi şəhadət məqamı ilə aidiyyətini görmürəm”.

Hacı İlqar İbrahimoğlu Azərbaycan vətəndaşlarının Suriyada müharibədə iştirakını ölkəmizdə mötədil, gerçək İslamla bağlı maarifləndirmə işinə imkan verilməməsi, nəticədə radikalizm meyllərinin inkişafı ilə əlaqələndirib.
1545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber