Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Türkiyədə yüksəkçinli daha 5 məmur işdən çıxarıldı

Dünya Türkiyə Telekommunikasiya və Rabitə Müdirliyində (TİB - Telekommunikasiya və İletişim Başkanlığı) bütün departamentlərin rəhbərləri işdən çıxarılıb. Ans yerli “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, TİB Hüquq departamentinin, Texniki departamentin, İnformasiya Sistemləri departamentinin, İnzibati idarənin və İnternet departamentinin direktorları tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Türkiyədə keçirilən 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra hökumətin apardığı ilk bürokratik islahat TİB-ə yeni sədr təyin etmək olmuşdu. Bu vəzifəyə Milli İstixbarat Təşkilatının (MİT) əməkdaşı Əhməd Cəmaləddin Çelik təyin olunmuşdu.

Leqal telefon dinləmələrinin mərkəzi olan TİB Türkiyə üçün çox əhəmiyyətli qurumdur.
1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP