Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Amerikanı qarışdıran edam

Amerikada hamilə bir qadını öldürən kişinin edamı ölkəni qarışdırıb. Ölkə mediasından yayılan məlumatlar görə, Dennis Mcguire adlı məhkum bu günə qədər sınanılmamış bir yolla öldürülüb. Ona yeni hazırlanmış edam iynəsi vurulduqdan sonra uzun müddət əziyyət çəkib. Nəfəs darlığı və ağrılar hiss edən Dennisə daha sonra ağrı kəsici iynə vurulub. Lakin onun əziyyət çəkməsinin qarşısını almaq mümkün olmayıb. Məhkumun vəkili ona əziyyət verildiyi üçün həbsxana rəhbərliyini məhkəməyə verib.

Məlumat üçün bildirək ki, 1999-cu ildən bəri Amerikanın bəzi ştatlarında edam cəzası tətbiq edilir. Edam olunan məhkumlara vurulan iynə isə onları bir neçə dəqiqə ərzində öldürür. Dennisə vurulan iynə yeni tətbiq olunduğundan ona uzun müddət əziyyət verib. /musavat/
1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP