Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Əliyev kimi aldadır?

Ötən ilin yanvarında AŞ PA-da qəbul olunmuş qətnamə Ilham Əliyevin arqumentini alt-üst edir

Dövlət başçısı Ilham Əliyev Brüsselə səfəri zamanı Azərbaycanda siyasi məhbuslar haqda ona ünvanlanan sualı cavablandırarkən iddia etmişdi ki, ölkəmizdə siyasi məhbus yoxdur. Bunu Avropa Şurası Parlament Assambleyası da təsdiqləyib - Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin hazırladığı hesabatı qəbul etməməklə.
Amma dövlət başçısı bu arqumentlə yerli və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Məsələ burasındadır ki, AŞ PA-nın ötən il yanvar sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə qətnamə layihəsi qəbul olunmasa da, elə həmin gün Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icrasına dair başqa bir qətnamə qəbul olundu. Həmin qətnamənin 14-cü bəndində yazılıb:
“AŞ PA Azərbaycanda fəallara və jurnalistlərə qarşı saxta ittihamlar barədə yerli və beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən daxil olan məlumatlardan ciddi şəkildə narahatdır. Icra hakimiyyətinin məhkəmələrə qanunsuz müdaxiləsi, bu sistemdəki ədalətsizlik ”vicdan məhbusları" hesab olunan şəxslərin həbsinə gətirib çıxarır".
Sözügedən qətnamənin 18-ci bəndində AŞ PA bir sıra problemləri nəzərə alaraq, Azərbaycan hökumətinə çağırış edir:

***

18.4. Siyasi məhbuslar və vicdan məhbusları barədə:
18.4.1. yerli və beynəlxalq ictimaiyyət tərəfindən ittihamları şübhə altına alınan, istintaq və məhkəmələri insan hüquqları baxımından standartlara cavab verməyən fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin işinə yenidən baxılsın;
18.4.2. Həbsi qanunun aliliyi baxımından ciddi şübhələr doğuran məhbusların azadlığa buraxılması üçün bütün hüquqi vasitələrdən istifadə olunsun;
18.4.3. səhhəti narahatlıq doğuran siyasi məhbuslara qarşı humanist mövqe nümayiş etdirilməsi;
18.4.4. Azərbaycanda ehtimal olunan siyasi məhbuslar barədə AŞ PA-nın qətnaməsinin tam yerinə yetirilməsi.
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...