Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Gündə 20 dəqiqə yerimək lazımdır

Formalı bədən quruluşuna sahib olmaq üçün gündəlik yürüşlərdən istifadə mütləqdir.

Araşdırmalar nəticəsində bəlli olub ki, günlük yürüşlər kalori yığmağınızın qarşısını almaqla yanaşı, həm də artıq çəkilərinizi atmaqda sizə xeyli kömək edə bilər. Üstəlik, piyada gəzmək ürəyi gücləndirir və infarkt riskini azaldır.

İntensiv yürüş, qaçış onurğa sütunundakı əyriliklərin qarşısını alma gücünə sahibdir. Bununla yanaşı, onun digər faydaları da var. Belə ki, yürüş edən insanlar digərləri ilə müqayisədə daha xoşbəxt olurlar. Buna səbəb isə gəzinti zamanı xoşbəxtlik hormonunun ifraz olunmasıdır.

Amerika alimlərinin apardığı araşdırmalardan bəlli olub ki, gün ərzində 20 dəqiqə piyada gəzən insanlarında beyin hüceyrələri aktiv fəaliyyət göstərirlər ki, bu da insanın hərtərəfli inkişafı deməkdir.

Oturarkən və yürüyərkən beyin hüceyrələrinin hansı vəziyyətdə olduğu aydın təsvir olunub.

Odur ki, sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, gün ərzində azı 20 dəqiqə gəzməyə xəsislik etməməlisiniz.
1704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23