Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

Müsavatın qərargahı sökülməycək

Müsavat qərargahının söküləcəyi xəbəri təkzib edildi
Arif Hacılı: “Hakimiyyət seçkidən sonra Müsavata təzyiqləri artırmaq üçün bu cür şayiələr yayır”
“Müsavat Partiyası əndişə içindədir. Buna səbəb partiyanın qərargahı ilə bağlı yarana biləcək problemdir”. Bu girişlə teleqraf.com xəbər verir ki, Müsavatın qərargahının yerləşdiyi ərazinin arxa hissəsində və sol tərəfindən yeni binalar tikilib.

“Yeni tikililərdən biri qərargahın 10 metrliyindədir. İddialara görə, yaxın bir neçə ayda partiyanın yerləşdiyi bina söküləcək, onun yerində də yeni bina tikiləcək. Müsavatçıların əndişəsi onunla bağlıdır ki, bina söküləcəyi təqdirdə, onlara şəhərdən bir qədər də aralıda olan yer qərargah kimi təklif edilsin”-deyə sayt qeyd edib.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bu xəbəri əsassız informasiya hesab edir. A.Hacılı qəzetimizə açıqlamasında dedi ki, hakimiyyət seçkidən sonra Müsavata təzyiqləri artırmaq üçün bu cür şayiələr yayır: “Müsavat Partiyası şəhərin mərkəzindəki qərargahından məhkəmə qərarı olmadan yararsız bir binaya köçürülüb. Yəqin ki, hakimiyyəti təzyiq məqsədi ilə yayılmış xəbərdir. Heç bir əsası yoxdur”.
Partiyanın Divan üzvü Tural Abbaslı da yayılan xəbəri şayiə adlandırdı. Onun sözlərinə görə, partiyaya nə Binəqədi Rayon İcra Hakimiyyətindən, nə də Bakı şəhər icra hakimiyyətindən xəbərdarlıq olunub: “Müsavatın yerləşdiyi bina dövlətin balansındadır və icarəyə götürülüb. Yaxınlıqda göydələn inşa olunur. Ancaq binanın hər hansı bağlılığı yoxdur və məncə, yayılan xəbər şayiədir. Hətta əsaslıdırsa da bizə rəsmi məlumat verilməyib”. Qeyd edək ki, Müsavat Partiyasının qərargahı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşir.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Hafta.az”-a açıqlamasında mətbuatda yayımlanan partiya qərargahının sökülməsi haqda danışıb: “Müsavat Partiyası qərargahının sökülməsi və yerində göydələnin tikilməsi haqda nə rəsmi, nə də qeyri-rəsmi məlumat yoxdur.
Sadəcə, qərargahın yerləşdiyi binanın yaxınlığında yeni bina tikilir. Həmin binanın da hansı məqsədlə tikildiyi haqda məlumat yoxdur. Tikilən binanın partiyanın yerləşdiyi qərargaha heç bir aidiyyəti yoxdur".
1813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı