Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

İran-Azərbaycan sərhəd-keçid məntəqəsində yeni giriş qapısı quraşdırılıb

İranın Astara şəhərində Azərbaycanla sərhəddəki keçid məntəqəsində yeni giriş qapısı quraşdırıb. Apa-nın «Səhər TV»yə istinadən verdiyi məlumata görə, 60 ildən çox keçmişi olan qapının yuxarı hissəsi köhnəldiyindən və hündürlüyünün az olması səbəbindən onun dəyişilməsi və təmir olunmasına ehtiyac yaranıb. Yeni giriş qapısının quraşdırılması əməliyyatı Gilan Terminallar və Nəqliyyat Baş İdarəsinin büdcəsindən ayrılmış 50 mln. tümən vəsaitlə gerçəkləşib. Köhnə qapının hündürlüyü 5,1 metr idisə, hazırda 6,6 metrə yüksəldilib, onun çəkisi isə 3 tondur.

Qapının hər iki tərəfində İran və Azərbaycan bayraqlarının simvolu quraşdırılıb. Eyni zamanda, qapının yuxarı hissəsində yük maşınlarının keçidinə nəzarət etmək üçün zəncirlər asılıb. Bununla da ağır tonnajlı yük maşınlarının keçid problemi həll olunub.
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38