Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Livanda Hizbullah əleyhdarlarının mövqelərində yumşalma yaranıb

Livanda müxalifət “Hizbullah”-la koalisiya hökümətinə hazır olduğunu bəyan edib
Hazırda Livandakı siyasi qüvvələr yeni hökümətin təşkil edilməsi istiqamətində danışıqlar aparır

Livanda Hizbullah əleyhdarlarının mövqelərində yumşalma yaranıb.

İnterAz–ın əl-Ərəbiyyə telekanalına istinadla verdiyi xəbərə görə, Livanda “14 Mart Aliyansı”-nın sədri və sabiq baş nazir Sədud-Din əl-Həriri ölkədə Hizbullahla birgə koalisiya hakimiyyətinin qurulması məsələsinə hazır olduğunu bəyan edib.

O, Livandakı siyasi və təhlükəsizlik böhranının ciddi mərhələyə qədəm qoyduğunu və buna görə koalisiya hökümətinin təşkilinin zəruriliyini vurğulayıb.

“Hər halda Hizbullah siyasi bir partiyadır. Onun ətrafı və tərəfdaşları çoxdur. Biz istəyirik Livanda sabitlik olsun. Biz istəmirik ki, hansısa bir qüvvə koalisiya hökümətindən kənarda qalsın. Xüsusilə də beynəlxalq ictimaiyyətin Suriya məsələsində uğursuzluqları, Livanda çətin proseslərin baş verməsinə səbəb olub. Mən Hizbullahla əməkdaşlığa nikbinəm”.

Bildirək ki, hazırda Livandakı siyasi qüvvələr yeni hökümətin təşkil edilməsi istiqamətində danışıqlar aparır. Yeni hökümət 24 nazirdən təşkil ediləcək ki, onun 8-i Hizbullah və tərəfdaşları, digər 8-i əl-Həririnin və tərəfdaşları, yerdə qalan 8 nazirlik isə prezident Mişel Süleyman və baş nazir Təmmam Salama aid ediləcək. Hazırda əl-Həriri təhlükəsizlik problemləri səbəbindən Livana gəlməkdən imtina edir. “14 Mart Aliyansı” “Hizbullah”-ın tərki-silah edilməsi istiqamətində çox səylər etsələr də bu hələ baş tutmayıb.
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:41