Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Ərdoğanı Yezidə bənzətdilər

Türkiyənin “Zaman” qəzetini baş redaktoru Əkrəm Dumanlı baş nazir Rəcəb Tayyib Ərdoğan barədə çox ağır danışıb.

Ans-in “Aksam.com” saytına istinadən verdiyi məlumata görə, Ə.Dumanlı baş naziri danışıqları üçün tənqid edərək, onu elə bir şəxsə bənzədib ki, bunu eşidən hər kəsi şoka salıb. Baş redaktor baş naziri ölkə və vətəndaşlarla rəftarına görə Yezidə bənzədib.

İslam dünyasına Kərbəla müsibəti yaşadan Yezidi nümunə göstərən Əkrəm Dumanlı Ərdoğanın hazırda apardığı siyasəti ona oxşadıb. “Yezid İstanbulu fəth etmək üçün gəlib”, - deyən Ə.Dumanlı Türkiyəni şoka salıb.

“Yezid hakimiyyəti dövründə özünü ədalətli hakim kimi qələmə verirdi. Təlatümlü çıxışları ilə üzdə qorxmaz və ədalətli hakim obrazı yaradırdı. O zaman, həmin dövrün insanları Yezidi biliyinə və əxlaqına görə şişirdib, taxta çıxartmışdılar. Mən indi Türkiyədə həmin siyasətin təbliğ olunmasından qorxuram”, - deyə Əkrəm Dumanlı bildirib.
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP