Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

ABŞ Meksika narkomafiyası ilə əməkdaşlıq edirmiş

ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsinin agentləri Meksikanın ən iri narkokartellərindən biri ilə əməkdaşlıq edirmiş.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Meksikada nəşr edilən “El Universal” qəzetinin apardığı araşdırmada üzə çıxıb. Söhbət Meksikadan ABŞ-a narkotik ixracının 25 faizinə nəzarət edən Sinaloa kartelindən gedir.

Amerikanın narkotiklərlə mübarizə agentlərinin narkomafiya ilə əməkdaşlığı haqda meksikalı vəkil Fernando Qaksiola danışıb. O, Meksikanın ən iri narkokartellərindən birinin lideri Vinsente Zambala Nieblanın vəkili olub. V.Z.Niebla 2009-cu ildə həbs edilib, daha sonra onu ABŞ-a ekstradisiya ediblər.

Vəkilin bildirdiyinə görə, həbsindən bir gün əvvəl Vinsente Niebla Mexikodakı otellərin birində amerikalı agentlə görüşüb. Həmin agentin adı Manuel Kastanondur.

Ertəsi gün Vinsente Nieblanı həbs ediblər. Sonradan amerikalı agent onu həbsxanada görüb, lakin bu onların sonuncu görüşü olub. Vinsente Niebla amerikalı agentlə əməkdaşlıqdan imtina edib. İstisna deyil ki, o, amerikalı agentlərin satqınlığına görə əməkdaşlığı dayandırıb.

Xəbərdə bildirilir ki, ABŞ-ın narkotiklərə qarşı mübarizə agentlərinin meksikalı narkobaronlarla əməkdaşlığı rəqib qruplaşmalara qarşı bir sıra uğurlu əməliyyatların keçirilməsinə imkan verib. Vinsente Niebla vəkilə danışıb ki, belə əməkdaşlığın əvəzində ABŞ agentləri onları silahla təmin edirdi.

Sinaloa karteli Çikaqoya narkotrafikin 80 faizinə nəzarət edir. 2013-cü ilin fevralında onun başçısı Hoakin Qusman Loera məşhur mafioz Al Kaponenin 1929-cu ildə öldürülməsindən sonra ilk dəfə “1 nömrəli düşmən” elan edilib. Çikaqo cinayət komissiyasının rəhbəri bildirib ki, “Qusmanla müqayisədə Al Kapone həvəskar təsiri bağışlayır”.

2009-cu ildə Hoakin Qusman “Forbes”in zənginlər siyahısına düşüb, onun 1 milyard dollarının olduğu güman edilir. 1990-2009-cu illərdə Sinaloa karteli ABŞ-a 200 ton kokain ixrac edib və bundan 5,8 milyard dollar qazanıb. Vaşinqton Vinsente Nieblanın tutulması üçün 5 milyon dollar mükafat təyin etmişdi. 

1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<