Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Səudiyyə Ərəbistanı “Ərəb Baharı”-nı beşiyində boğur

Səudiyyə Ərəbistanı “Ərəb Baharı”-nı beşiyində boğur – “Le Monde” qəzeti

Rəsmi ər-Riyad Suriyadakı qiyamçıları onları sevdiklərinə görə deyil, İranın nüfuzunun azalması üçün onlara dəstək verir

“Səudiyyə Ərəbistanı Suriya qiyamçılarına demokratiyaya görə deyil, İranın nüfuzunun azalması üçün dəstək verir”.

İnterAz–ın “əl-Qüds”ə istinadla verdiyi xəbərə görə, bunu Fransanın tanınmış “Le Monde” qəzeti yazıb.

Qəzetin ilk səhifəsində dərc edilən məqalədə, Səudiyyə Ərəbistanının “Ərəb Baharı”-a ağır zərbələr endiyi deyilir.

“Ərəb baharı region xalqları üçün tarixi dönüş məqamıdır. Ərəb Baharı məsələsində mənfi rolu Səudiyyə Ərəbistanı oynayır. Bu ölkə dini mərkəziyyəti və maddi vəsaitlərindən istifadə etməklə ərəb dünyasındakı demokratiyaya qarşı çıxır. Bu ölkə Tunisin diktatoru Zeynulabidin bin Əliyə sığınacaq verdi. Liviyada Müəmməd Qəddafidən intiqam almaq üçün hərəkətə keçdi. Misirdə Məhəmməd Mursini devirən hərbi hakimiyyətə külli miqdarda maddi yardımlar göstərdi. Rəsmi ər-Riyad Suriyadakı qiyamçıları onları sevdiklərinə görə deyil, İranın nüfuzunun azalması üçün onlara dəstək verir.”
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi