Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Mahmud Əliyev qətlə yetirildi

Mahaçkalada terror aktlarında şübhəli bilinən 4 nəfər qətlə yetirilib.

“Axar.az” xəbər verir ki, xüsusi əməliyyat nəticəsində neytrallaşdırılanlar arasında dəstə başçısı kimi elan olunan Mahmud Əliyev, həmçinin öncə öldürülmüş terrorçunun dul qadını da var. Sonuncu Rusiya ərazisində şəhid-komikadze qismində xüsusi hazırlıq keçibmiş. Rusiyanın Milli Antiterror Komitəsinin verdiyi məlumatda bildirilir ki, üç gün öncə terror aktı törətmiş şəxslərin bir qismi hələ də mühasirəyə alnan evdədir. Əməliyyat davam edir.

Xatırladaq ki, cümə günü axşam naməlum şəxslər Mahaçqaladakı "Qızıl imperiya" restoranının ikinci mərtəbəsinə qumbaraatandan atəş açaraq partlayış törətmişdilər. Partlayış nəticəsində 16 nəfər, o cümlədən polis əməkdaşları xəsarət almışdı.
1546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15