Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

“Hacıbaba Əzimovu Milli Şuraya MTN göndərib”

EL hərəkatının Məclis sədri Eldəniz Quliyev Hafta.az-a açıqlamasında bu təşkilatın kvotasından Millin Şuraya üzv olan Mehdibəy Səfərovun həmin qurum ilə münasibətləri haqda danışıb.

E.Quliyev M.Səfərovun Hacıbaba Əzimov barədə fikirlərində haqlı olduğunu bildirib: “Mehdibəy Səfərov Milli Şuranın sessiyasında Hacıbaba Əzimovun Milli Şurada təmsil olunmasının düzgün olmadığını və bunun prinsipial məsələ olduğunu bildirdi. Sessiyadan 2 gün sonra aydın oldu ki, Mehdibəyin sözündə həqiqət var idi. Artıq Hacıbaba Əzimov Milli Şuraya MTN-i dəvət edir. 

E.Quliyev Mehdibəy Səfərovun istefa vermədiyini deyib: “O bəyanatla çıxış edib öz iradlarını bildirib. Qeyd edib ki, Milli Şurada qalıb mübarizə aparmalıdı. Bizim mübarizəmiz daha yüksəkdi, nəinki, 1-2 parazitə görə Milli Şuradan çıxmaq”.

Hacıbaba Əzimovun M.Səfərovun xarici kəşfiyyata işləməsi və onu Milli Şuraya Eldar Namazovun gətirməsi iddialarına Eldəniz Quliyev belə cavab verib: “Mehidbəy sərbəst adamdı və Milli Şuraya fərd kimi daxil olub. Həm də söz deməyə nə var ki?! Onda mən də deyirəm ki, Hacıbaba Əzimovu MTN Milli Şuraya qəsdən göndərib ki, orada pozuculuqla məşğul olsun. Yaxud hansısa bir ölkənin xüsusi xidmət orqanı onu ora yerləşdirib. Mən də belə deyirəm. Sözün arxasında sübut, fakt olmalıdı. Hacıbaba Əzimovun bütün elmi əsərləri Şaumyana həsr ounub. Bütün elmi işi budu və aldığı elmi dərəcələr də ancaq Şaumyanla bağlıdı. Bu təfəkkürlü adamın Milli Şurada təmsil olunması və etnik qruplara qarşı məqsədyönlü riyakar mövqeyi başa düşülən deyil. Hacıbaba Əzimovun yerində kim olsaydı, susub oturardı”. 

1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi