Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

ABŞ-da məktəbdə baş vermiş atışmada 2 şagird yaralanıb

ABŞ-ın Filadelfiya ştatında yerləşən orta məktəbdə 17 yaşlı şagird odlu silahdan atəş açıb, nəticədə 2 yeniyetmə yaralanıb. Apa-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, şagird idman otağında dərs zamanı yoldaşlarına atəş açmağa başlayıb. İnsidenti müşahidə kameraları qeydə alıb.

Hazırda bütün şagirdlər məktəbdən evakuasiya edilib.

Yaralananlar xəstəxanaya yerləşdirilib, onların səhhəti stabildir.

Polis artıq atəş açan şəxsi saxlayıb.
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.1