Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

Məmurlarımız Ermənistandan tutuquşu gətizdirirlər

Korrupsiyalaşmış məmurlar Ermənistandan Azərbaycana biri 3 min dollara tutuquşu gətizdirir
“Quşlar simvolik gömrük rüsumu ödənməklə Gürcüstan üzərindən aparılır...”

Ermənistanda yetişdirilən ekzotik quşlar Gürcüstan üzərindən Azərbaycana və Türkiyəyə daşınır. Virtualaz.org saytının xəbərinə görə bu barədə Ermənistanın “Ekzotik quş yetişdiriciləri və sahibləri” ictimai təşkilatının rəhbəri Baqrat Arutyunyan “Armenpress”ə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Ermənistandan ekzotik quşların daşınması müvafiq sənədlər olmadan simvolik gömrük rüsumu ödənməklə həyata keçirilir. “Gürcüstan tranzit ölkədir. Oradan quşların bir hissəsi Türkiyəyə, bir hissəsi Azərbaycana aparılır. Maraqlıdır ki, Azərbaycanda indiyə qədər bundan xəbər tutmayıblar. Çünki quşların ayaqlarına bağlanan halqada göstərilən ölkə ştrix koduna diqqət yetirmirlər” deyə Arutyunyan bildirib.

B.Arutyunyan deyib ki, bir çox hallarda quşların ayaqlarına xüsusi halqa bağlanmır: “Lakin Gürcüstandan olan vasitəçilər gizlətmirlər ki, quşlar kimin üçün nəzərdə tutulub. Azərbaycandakı yüksək korrupsiya buna imkan yaradır” deyə o əlavə edib.

CİTES konvensiyasına əsasən bir ölkədən digərinə daşınan ekzotik quşlar-tutuquşuların bütün növləri xüsusi sertifikata və veterinat arayışa malik olmalıdır. Üçüncü arayış isə quşların aparıldığı ölkədən və onun növündən asılıdır. “Başqa sözlə, dövlət konkret quş növünün ölkədən çıxarılmasını qadağan edə bilər. Bu, quşun aparıldığı ölkədəki epidemiloji vəziyyətdən və bu ölkənin xüsusiyyətlərindən asılıdır” deyə Arutyunyan bildirib.

Arutyunyanın dediyinə görə, ekzotik quşlar Ermənistana əsasən Birləşmiş Ərəb Əmirliklərindən, ABŞ-dan, İran və Ukraynadan gətirilir. Ermənistanda ekzotik quşların yetişdirilməsi ilə hazırda 150 fərdi şəxs məşğul olur. Ermənistandan çıxarılan ekzotik quşlardan birinin qiyməti orta hesabla 3 min dollardır.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin hesabatlarında Gürcüstan və ya digər ölkələrdən ekzotik quşların-tutuquşuların və digərlərinin idxalına dair rəsmi statistika yer almır. Ona görə də Ermənistandan gətirilən tutuquşların əslində gömrükdə rəsmiləşdirilmədiyi, yaxud ümumi ad altında rəsmiləşdirildiyi təxmin edilə bilər.
1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı