Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

Ötən il Azərbaycanda 11 mindən çox ailə boşanıb

Boşanmaların əsas səbəbi nədir?

Azərbaycanda boşanmaların sayı ilbəil artır. Təsəvvür edin, ötən il 11 min 700 ailədə boşanma olub. 2012-ci ildə boşanma faktlarının sayı 11 min olmuşdu. 2011-ci ildə bu rəqəm 10 min 700, 2010-cu ildə isə 8900 olub. Evlənənlərə gəlincə, ötən il rəsmi nikah bağlayanların sayı da 2012-ci ildəkindən çoxdur. Ötən il 86,3 min nikah qeydə alınıb, 2012-ci ildə bu rəqəm 78 min 480 olub.

Rəqəmlərdən görünür ki, hər il ölkədə bağlanan nikahların təxminən 13-14 faizi qədər boşanma faktı qeydə alınır. Görəsən, Azərbaycan kimi mental dəyərlərə önəm verən ölkədə boşanmaların sayı niyə bu qədər çoxdur?

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, boşanmalar səbəbləri olduqca müxtəlifdir. Bu səbəblər sırasında qadınlara qarşı zorakılıqlar üstünlük təşkil edir: “Bu qədər ailədaxili problem olduğu halda, bir tərəfdən də təhlükəsizlik məsələləri önə çıxır. Ailə daxilində insanın təhlükəsizliyindən söhbət gedirsə, bu çərçivədə təhlükə varsa, artıq başqa çıxış yolu görünmür. Bu halda, ailə artıq boşanma yolunu tutur. Məsələnin çətin tərəfi ailə zorakılığının qanunvericilikdə isbatının olmamasıdır. Ölkənin mövcud qanunvericiliyində müvafiq cəza metodu yoxdur, hazırda yalnız maarifləndirmə yolu tutulur. Bu baxımdan biz qadınların məlumatlandırılmasını həyata keçiririk. Zorakılığın sayı artırsa, istər qadınların, istərsə də kişilərin ailədaxili problemləri həllolunmaz həddə gəlibsə, ailə artıq birlikdə ola bilmir və boşanır”.
1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...