Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

20 əsgər həlak olub, 30 nəfər yaralanıb

Pakistanda partlayış törədilməsi nəticəsində 20 əsgər həlak olub, 30 nəfər yaralanıb

Pakistanda bomba partladılması nəticəsində 20 hərbçi həlak olub.
Apa-nın “Agence France-Presse”-ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal qərbində yerləşən Bannu şəhərində baş verib. Hərbi maşın dəstəsinin yaxınlığında bomba partladılıb.

Təhlükəsizlik qüvvələri partlayışın kamikadze tərəfindən, yaxud məsafədən törədildiyinin hələlik məlum olmadığını bildiriblər.

Partlayış nəticəsində daha 30 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb. Hərəkat rəsmiləri bu cür hücumların davam edəcəyini də açıqlayıblar.
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber