Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

Bəşər Əsəd seçkidə iştirak edəcəyini rəsmən açıqladı

Suriya prezidenti Bəşər Əsəd yeni prezident seçkilərində iştiraka hazırlaşır. Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu onun özü rusiyalı deputatlarla görüşdə bəyan edib.

“Əgər təslim olmaq istəsəydik, lap əvvəldən təslim olardıq. Biz Vətənin keşiyindəyik. Bu məsələ diskussiya mövzusu deyil. Kimin seçkidə iştirak etməli olduğunu yalnız Suriya xalqı təyin edə bilər”, - Bəşər Əsəd bəyan edib.

Bəşər Əsədin fikrincə, prezident seçkilərində müxalifət nümayəndələri də iştirak etməlidirlər: “Onlar bəyan edirlər ki, Suriya ərazisinin 70 faizini azad ediblər. O zaman niyə seçkidə iştirak etməsinlər və bu 70 faizin dəstəyinə arxayın olmasınlar”.
1436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı