Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Mursi məhkəmələrə təzyiq etməkdə ittiham olunur

Misirin keçmiş preziidenti Məhəmməd Mursi hakimləri təhqir etməkdə və məhkəmələrə təzyiq göstərməkdə ittiham edilir. Misir prokurorluğu bununla bağlı məhkəməyə müraciət edib. Keçmiş prezident və «Müsəlman qardaşları» assosiasiyasının bir sıra liderləri hakimiyyətdə olduqları müddətdə məhkəməyə təzyiq etməkdə günahlandırılırlar.

Məhəmməd Mursinin prezidentliyi dövründə hakimiyyətlə məhkəmə korpusu arasında münaqişə ölkədəki siyasi böhranın əsas səbəblərindən biri idi. Hüsnü Mübarəkin dövründə təyin edilən hakimlər islamçı prezidentin bir çox sərəncamlarına qarşı çıxırdılar. Hakimiyyət isə öz növbəsində məhkəmə qərarlarını icra etməkdən imtina edirdi. Yeni proses Mursiyə qarşı dördüncü məhkəmə araşdırması olacaq.
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00