Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

SSRİ-ni Bakıda dəfn elədilər

“1990-cı il yanvar ayının əvvəlləri... Sov.İKP MK Siyasi Bürosunun iclası gedir. Mixail Sergeyeviç Qorbaçov deyir: “Əgər biz bu il də vəziyyəti dəyişə bilməsək, təchizat məsələsi sahəsindəki vəziyyəti dəyişə bilməsək, mütləq getməliyik... Bundan az sonra SSRİ ən böyük zərbəni Bakıda aldı”.

Bu cümlələr professor Çapay Sultanovun haqqın.az saytında dərc olunmuş “SSRİ-ni Bakıda necə dəfn etdilər...” başlıqlı yazısındandır.

Professor yazır: “Bu “şirin əkizlər idi - Qorbaçov və Yazov. Biri Bakıda adamları öldürməyi əmr etmişdi, digəri isə bu əmri yerinə yetirmişdi.

“Qorbaçov məni, Kryuçkovu və Puqonu yanına çağırdı. Biz onun yanına getdik. Amma heç bir yazılı əmr yox idi. Mən Qorbaçova “yazılı əmri verin” deyə müraciət etdim. O isə cavabında “bu kağız parçası sənin nəyinə lazımdır axı, onu sonra həll edərik” dedi. Qorbaçov minlərlə insanın, özü də öldürülən və yaralanan insanın həyatı ilə birbaşa bağlı olan vacib sənədi “kağız parçası” adlandırdı” deyə Yazov bildirir... Sonra Qorbaçov məni sovet qoşunlarının başında Bakıya göndərdi. Bakıda necə hərəkət etmək lazım olduğunu o, öz jestləri ilə açıq-aydın demişdi. Mən Bakıda 4-cü ordunun komandanı olmuşdum. Mənim Azərbaycan xalqı ilə bağlı çox gözəl xatirələrim vardı. Amma...” - bunu da professor Ç.Sultanov SSRİ DİN-in sabiq şefinin rusiyalı jurnalist Kudryavtsevə verdiyi müsahibədən sitat gətirərək yazır.

Ç.Sultanov daha sonra əlavə edir: “...və Yazov Bakı qırğınını törətdiyinə görə təntənə saçan marşal poqonlarına sahibləndi”.

Professor yazısının sonunda onu da qeyd edir ki, II dünya müharibəsindən sonra Avropa Qorbaçov vəhşiliyindən daha amansız qəddarlıq görməmişdi. Tarixçi-alimin sözlərinə görə, Berlində baş verən 17 iyun, 1953-cü il hadisələrindən sonra III dünya müharibəsinin başlaması təhlükəsi yaranmışdı: “Sovet qoşunlarının həmin vəhşiliyi zamanı 35-70 arasında insanın öldüyü məlumdur. Sovet qoşunlarının Çexoslovakiyaya yeridilməsi zamanı isə 80 nəfər öldürülmüşdü. Halbuki Bakıda daha amansız qırğın törədilmiş, 131 nəfərin həyatına son qoyulmuşdu”.

Ç.Sultanov yazısında belə bir qənaətə gəlir: “20 yanvar hadisələri SSRİ-nin taleyini birmənalı şəkildə həll etdi. İmperiya ən ağır zərbələrini Vilnüs və Riqada yox, məhz Bakıda aldı. Riqa və Tiflisdə qırğına bir-iki alay rəhbərlik edirdisə, 20 yanvar qırğınının icrasına bütün SSRİ elitası cəlb olunmuşdu. SSRİ öz mövcudluğuna 1990-cı il, yanvarın 20-də son qoydu. SSRİ-ni Bakıda dəfn elədilər. Bu, birmənalıdır...”/virtualaz/
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı