Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Suriyada kimyəvi silahlar məhv edilir

Suriyanın kimyəvi silahlarının məhvi ilə bağlı missiyanın rəhbərinin adı məlum olub

BMT-nin və Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın Suriyanın kimyəvi silahlarının məhvi ilə bağlı birgə missiyasının rəhbərinin adı məlum olub. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycanın daimi nümayəndəsi Aqşin Mehdiyevə göndərdiyi məktubunda bu vəzifəyə Siqrid Kaaqın (Sigrid Kaag) təyin olunduğunu bildirib. Oktyabrın 16-da BMT TŞ bu təyinatı təsdiqləməlidir.

S. Kaag 2007-ci ildən bəri UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru olub. Onun rəhbərlik edəcəyi missiya Suriya paytaxtında, ikinci qərargah isə Kiprdə yerləşəcək. Missiyanın tərkibinə 100-ə yaxın ekspert daxil olacaq.
1843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP