Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Sual.nur-az.com-da həftənin sualı

Sual: Bir neçə ay bir şəxslə görüşdüm ki, iddia edirdi cinlərlə rabitə yaratmağı bilirəm. O mənim həyatda olan çətinliklərimin tilsim üzündən olduğunu deyərək mənə bir dua öyrətdi və bunu öhdəsinə götürdü ki, mənim tilsimimi sındıracaq. O bir çox zikrlər edərək və şeytana təvəssül edib onu (tərif) etdikdən sonras iddia etdi ki, mənim tilsimimi sındırmışdır. Mənim sualım bundan ibarətdir aya tilsim və cadunun olması həqiqətdirmi? Əgər həqiqət deyil və yalnız bir iddiadırsa, bu cür şəxslərlə rabitə yaratmağın hökmü nədir? Təşəkkür edirik.
Ad: nermin, Ölkə: AZE, Müctəhid: Ayətullah Safi

Cavab:
Bismillahir-rəhmanır-rəhim 
Əgər sehr və cadunun həqiqəti olsa belə, hələlik o şəxslər ki onu iddia edirlər, yalnız bir iddiadan başqa bir şey deyildir və heç bir şəxs tilsim və cadu olunmur; mömin bu cür şeylərə etina (diqqət) etməməlidir.
Diqqətli olun (bəzi insanlarla rabitə yaratmaq hər bir şəxsdə böyük təsir qoymağa malikdir). Bəs o şəxslərlə rabitə yaradın ki, onlardan ruhi və mənəvi bəhrə ala biləsiniz. Əlbəttə ki, böyük elm sahibləri, təqvalı insanlarla, dünya görmüş olanlarla, yaşlı nəsillərlə, təcrübəli insanlarla ki, İslamda olmuşdurlar görüşüb onlarla tez- tez rabitə yaratmaq insanın ağıl, din və imanının inkişaf və möhkəm olmasına səbəb olur. beləliklə o şəxslər ki, fikir və düşüncə nəzərindən yollarını azmışdırlar onlarla rabitə yaratmaq çox- çox qorxulu və ziyan vericidir. Onun insan ruhu və mənəviyyatı üçün zəhərdən də qorxuludur.
Bu cür şəxslərin olduğu məclislərdən daha çox çəkinmək lazımdır, bunun əksinə məzhəbi məclis və söhbətlərdə iştirak etmək, alimlərlə görüşmək, dua və Quran məclislərində və beləliklə Əhli- beytin fəzilətləri zikr olunan məclislərdən qənimət əldə etmək lazımdır. Mömin öz dualarının qəbul olması üçün əhli-beytə (ə) təvəssül edərək öz hacətlərini Allah Taaladan istəməlidir.

http://sual.nur-az.com/az/
1706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı