Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Adı “havayı”, özü “pullu” dövlət xəstəxanaları

Dövlət xəstəxanalarında aparatlardan istifadəyə görə alınan pullar kimlərin ciblərinə gedir?

Maddi baxımdan imkansız vətəndaşlarımız müayinə və müalicə üçün ölkədən kənara çıxa bilmir. Elə təbəqə var ki, hətta yerli özəl xəstəxanalarda da müayinəyə maddi durumları imkan vermir. Bu səbəbdən yalnız dövlət xəstəxanalarına üz tuturlar. Amma dövlət xəstəxanalarında da müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kimə ödənişsiz xidmət göstərilmir.

Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və s. xidmətlərə görə açıq-aşkar pul tələb olunur. Hətta məbləğ də açıq şəkildə deyilir. Belə olan halda, ortaya sual çıxır: dövlət xəstəxanalarındakı texniki avadanlıqlar dövlət vəsaiti hesabına alınırsa, işçilər dövlət büdcəsindən maaş alırsa, bəs o zaman niyə vətəndaşlara pullu xidmət göstərilir? Yaxud, avadanlıqlardan istifadəyə görə vətəndaşlardan alınan pullar kimlərin cibinə gedir?

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, nazirliyin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində müayinə və müalicə pulsuzdur. Anar Qədirlinin sözlərinə görə, amma nazirliyin tərkibində olan bəzi dövlət xəstəxanalarda pullu xidmətlər də var: “Məsələn, Neftçilər xəstəxanası və digərlərində belə bir prosedur var. Amma onlar dövlət büdcəsindən maliyyələşmir. Səhiyyə Nazirliyinin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda müayinə və müalicələr pulsuzdur. Amma nazirliyin tərkibində elə xəstəxanalar var ki, dövlət tərəfindən maliyyələşmir və orada pullu xidmətlərdir”./azadlıq/
1505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36