Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Mixail Qorbaçovun 20 Yanvar qırğını haqda yazısı

“Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır”

“1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır”.

Bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün “Həyat və islahatlar” kitabındakı memuarlarında Sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.

“Əsas günah Qarabağdadı”

Mixail Qorbaçov kitabında 20 Yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O, bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.

“90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni-azərbacanlı müharibəsidir”.

Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə şəraitin” məcbur etdiyini yazıb:

“1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”.

“Azərbaycan hakimiyyət parçalanmışdı”

Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, “13 yanvarda Bakıda xuliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər”.

SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında idda edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiayaya nəzarət etməyə imkan verməyib.

“Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd sökülüb”.

M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.

“20 yanvar mənə dərs oldu”


Qorbaçov 20 Yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib:

“Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”.
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04