Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Rusiyada qeyri-qanuni miqrasiya qarşı layihə

Rusiya Dövlət Dumasında qeyri-qanuni miqrasiya haqqında qanun layihəsi hazırlanır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə Dumanın “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib. O deyib ki, Dövlət Dumasının komitələri qeyri-qanuni miqrasiya haqqında qanun layihəsi hazırlayır və “Vahid Rusiya” fraksiyası bu çətin vəziyyətdən çıxmaq üçün “yol xəritəsi” təklif etmək niyyətindədir: “Hazırda bu layihənin üzərində işləyirik. Dumanın komitələri bir neçə qanun layihəsi üzərində işləyir. Lakin mövcud vəziyyəti nəzərə alıb, qeyri-qanuni miqrasiya haqqında qanun layihəsinə baxılmasını tezləşdirəcəyik”.

Qeyd edək ki, oktyabrın 13-də Moskvanın Brulyova rayonunda yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edib. Nəticədə 5 nəfər Orta Asyadan olan miqrant ağır yaralanıb. Skinhedlər “Biryuza” Ticarət Mərkəzinə və meyvə-tərəvəz bazasına hücum edərək mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər.

Rusiya polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...