Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Müsavatçı fəal və ailəsi ölümlə hədələnir

Siyasi əqidəsindən geri çəkilməyən Anar Qurbanov şantaj edilir

Müsavat Partiyası fəalı Anar Qurbanov son prezident seçkiləri ərəfəsində göstərdiyi xüsusi fəallığına görə hələ də təzyiq və təhdidlərlə üz-üzədir. Qeyd edək ki, gənc fəal Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin namizədliyinin qeydə alınması üçün imzatoplama mərhələsində və namizədin qeydə alınmasından sonrakı dövrdəki təbliğat-təşviqat dövründə fəallıq göstərib. Qurumun bütün mitinqlərinə qatılıb. Bir neçə dəfə həbs olunub.

Həbs olunduğu zaman fiziki və mənəvi təzyiqlərə məruz qalan Anar Qurbanov bu barədə aidiyyəti orqanlara şikayət etsə də, heç bir tədbir görülməyib. Şikayətlərdən sonra Prokurorluğa ifadə verən müsavatçıya təzyiqlər daha intensiv xarakter alıb.

Belə ki, dəfələrlə qeydiyyatda olduğu ünvana gələn sahə müvəkkili və digər hakimiyyət orqanı nümayəndələri tərəfindən o, şantaj və hədə-qorxularla üzləşib.

Naməlum şəxslər tərəfindən mobil telefonuna anonim gələn zənglərdə A. Qurbanov təhqir və şantajlara məruz qoyulur.

Son dəfə isə iki gün öncə qohumlarının evinə gələn mülki geyimli, özünü polis kimi təqdim edən şəxslər Anar Qurbanovun harda olmasını, siyasi fəaliyyətdən geri çəkilib-çəkilmədiyini, əks halda başına çox problemlər açacaqlarını bildiriblər .Onu ailəsi və iki azyaşlı uşağı ilə də hədələyiblər.../deyerler/
1553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı